ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı diqqətçəkən və mübahisəli bəyanatlar səsləndirib.
Musavat.com xəbər verir ki, o bildirib ki, ABŞ bu strateji marşrutdan istifadə etmir və buna ehtiyac duymur.
Trampın sözlərinə görə, əksinə, Avropa ölkələri, Cənubi Koreya, Yaponiya və Çin kimi iri iqtisadi güclər bu boğazdan ciddi şəkildə asılıdır.
ABŞ prezidenti qeyd edib ki, məhz bu səbəbdən həmin ölkələr prosesə daha aktiv şəkildə müdaxilə etməlidirlər. Onun fikrincə, Hörmüz boğazı müəyyən mərhələdə öz-özünə açılacaq.
Tramp eyni zamanda Çinə xüsusi çağırış edərək bildirib ki, Pekin bu strateji marşrutun fəaliyyətinin bərpasında iştirak etməlidir.
Musavat.com






