ABŞ prezidenti Donald Tramp milli təhlükəsizliyin qorunması məqsədilə xarici vətəndaşların ölkəyə girişini məhdudlaşdıran yeni Proklamasiyanı imzalayıb.
Musavat.com xəbər verir ki, sənədin əsas müddəalarına əsasən, yüksək riskli hesab edilən ilkin 12 ölkənin vətəndaşları üçün tətbiq olunan tam giriş məhdudiyyətləri və kvotalar qüvvədə saxlanılır.
Eyni zamanda Proklamasiyada Türkmənistanla bağlı ayrıca qeyd yer alır. Bildirilir ki, Türkmənistan ABŞ-la əməkdaşlıqda məhsuldar mövqe nümayiş etdirib və əvvəlki Proklamasiyadan sonra təhlükəsizlik və sənədləşmə sahəsində ciddi irəliləyiş əldə edib. Bu səbəbdən yeni sənəd türkmən vətəndaşları üçün qeyri-immiqrasiya vizalarına tətbiq olunan qadağanı ləğv edir.
Bununla belə, Türkmənistan vətəndaşlarının ABŞ-a immiqrant statusu ilə girişinə qoyulmuş məhdudiyyət qüvvədə qalır.
Ağ Evin izahına görə, yeni Proklamasiya ABŞ-ın təhlükəsizlik maraqlarına uyğun olaraq risklərin idarə edilməsi və tərəfdaş ölkələrlə əməkdaşlıq səviyyəsinin fərqləndirilməsi prinsipinə əsaslanır.
Musavat.com






