İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Ukrayna ilə bağlı səs-küylü AÇIQLAMA

716 09.12.2025 15:46 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Ukraynanın vəziyyətinə dair kəskin açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, Rusiya danışıqlarda Ukraynadan “daha güclü mövqedədir”, Avropa isə “Ukrayna müharibəsi kimi böyük bir problemi düzgün həll edə bilmir”.

Ukrayna lideri Volodimir Zelenski haqqında danışan Tramp qeyd edib ki, ölkədə “prezident seçkiləri keçirməyin vaxtıdır”, çünki ukraynalılara “seçim imkanı verilməlidir”:

“Bilirsiniz, demokratiyadan danışırlar, amma artıq bu demokratiya deyil”.

ABŞ prezidenti əlavə edib ki, Zelenskini “sülh sazişi ilə bağlı təklifləri oxumaq faydalı olardı”, çünki bu təklif yüksək vəzifəli ukraynalı rəsmilərin xoşuna gəlib.

Tramp həmçinin bildirib ki, Ukrayna “çox ərazilərini itirib” və rus-ukrayna müharibəsi “Üçüncü Dünya Müharibəsinə çevrilə bilərdi, amma indi belə bir təhlükə görünmür”.

O vurğulayıb ki, “Ukraynanın NATO-ya qoşulmayacağı anlayışı uzun müddətdir mövcuddur”, və Zelenskini “özünü yığışdırıb təklifləri qəbul etməyə başlamağa” çağırıb.

ABŞ lideri NATO ölkələri ilə bağlı da açıqlama verərək deyib ki, üzv dövlətlər “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla problemləri yarananda ondan kömək istəyirlər”:

“Bəzi ölkələr NATO üçün çətinlik yaradır. Türkiyə buna nümunədir. Ərdoğan mənim dostumdur. Onların Ərdoğanla problemi olanda, mənimlə əlaqə saxlayırlar, çünki onunla danışmaq onlar üçün asan deyil. O, asan insan deyil”, - Tramp qeyd edib.

İqbal RZAYEV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR