Tramp administrasiyası faktiki olaraq Ukraynaya Rusiyanın "kölgə donanması"na zərbə endirməyə icazə verib.
“Atlantik” nəşri məlumat yayıb.
Amerika və Ukrayna rəsmiləri nəşrə bildiriblər ki, Co Baydenin rəhbərliyi altında Vaşinqton eskalasiyadan ehtiyat edərək beynəlxalq sularda Rusiya gəmilərinə hücumlara qarşı çıxıb. Lakin Trampın prezidentliyi ilə vəziyyət dəyişib.
Bildirilib ki, Tramp Rusiyanın neft logistikasına zərbələrə qarşı çıxmayıb. O, Rusiya neft infrastrukturunu hədəf almaq üçün Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini təsdiqləyib.
TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" verilişində aparıcı Emil Salamoğlunun qonağı professor Qabil Hüseynli ilə müzakirə edir.






