İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın çıxışı zamanı konqresmen zaldan çıxarıldı

771 25.02.2026 10:10 Siyasət A A

ABŞ prezidenti Donald Trampın Konqresdə illik çıxışı zamanı Demokrat Konqres üzvü El Qrini təhlükəsizlik xidməti zaldan çıxarıb.

Musavat.com xəbər verir ki, demokrat zala "Qaradərililər meymun deyil!" plakatı ilə daxil olmuşdu. Təhlükəsizlik xidməti onu palatadan çıxarıb.

Qeyd edək ki, fevralın əvvəlində Tramp keçmiş ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişelin meymun kimi təsvir olunduğu videonu yayımladığına görə Demokratlar tərəfindən tənqid olunub.

2025-ci ilin mart ayında Qrin ABŞ prezidentinin Konqresin hər iki palatasına etdiyi çıxışı kəsməyə çalışmışdı. Daha sonra təhlükəsizlik xidməti onu palatadan çıxarmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR