İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın nəvəsi şəxsi həyatından gileyləndi - VİDEO

694 08.01.2026 20:54 Dünya A A

18 yaşlı Kay Tramp şəxsi həyatında ciddi çətinliklər yaşadığını açıqlayıb.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın nəvəsi bu barədə məşhur bloger Loqan Polun "Impaulsive" podkastında danışıb.

Kay Tramp bildirib ki, daimi ABŞ Gizli Xidməti mühafizəsi onun normal ünsiyyət qurmasına mane olur. Onun sözlərinə görə, mühafizəçilər hər yerdə onu izləyir və bu, xüsusilə görüşlər zamanı narahatlıq yaradır:

“Bir oğlanla görüşə çıxırsan, amma iki masa arxada mühafizəçi oturur. Bu, çox yöndəmsiz vəziyyətdir”.

Kay Tramp hələlik ailə qurmaq barədə düşünmədiyini, diqqətini peşəkar karyerasına yönəltdiyini vurğulayıb. O, əsas məqsədinin qolf sahəsində uğur qazanmaq olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR