İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Venesueladakı zəfəri ilə bağlı ŞOK İDDİA

784 05.01.2026 17:52 Dünya A A

ABŞ prezidenti Donald Trampın Venesuelada əldə edildiyi iddia olunan zəfəri sonda Vaşinqtonun keçmiş uğursuz müdaxilələrinə bənzər fəlakətli nəticələrə gətirib çıxara bilər.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Aleksey Puçkov bildirib.

Rusiya senatoru özünün Telegram kanalında əvvəlki ABŞ administrasiyaları ilə paralellər apararaq qeyd edib ki, Vaşinqton İraq, Əfqanıstan və Liviyada da vaxtından əvvəl “qələbə” elan etmiş, lakin nəticədə ya məğlubiyyət, ya da humanitar fəlakətlə üzləşmişdi.

“Venesuelaya hücum etməklə və onun prezidentini ələ keçirməklə ABŞ bütün beynəlxalq normaları pozdu, dünyanı yenidən silkələdi, onu XIX əsrin vəhşi imperializminə qaytardı və mahiyyət etibarilə “Vəhşi Qərb” anlayışını yenidən dirçəltdi”, - deyə Puçkov yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR