İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampla bağlı suala reaksiyası gündəm oldu - VİDEO

4541 09.07.2026 13:01 Dünya A A

İtaliya Baş naziri Corcia Meloni NATO Zirvəsindən sonra keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp ilə bağlı verilən sual qarşısında nümayiş etdirdiyi davranışla diqqət çəkib.

Musavat.com xəbər verir ki, prezident sarayında keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin yekununda jurnalistlərin suallarını cavablandıran Meloni Tramp barədə sual verilməzdən əvvəl bir stəkan suyu birnəfəsə içməsi ilə kameraların diqqət mərkəzinə düşüb.

Daha sonra jurnalistlər ABŞ prezidentinin onun haqqında yazdığı "Dayandırma əmri lazımdır" ifadəsini xatırladaraq münasibətini soruşublar. Meloni isə qısa cavab verərək, bu mövzuya qayıtmaq istəmədiyini bildirib.

İtaliya Baş naziri Trampla münasibətlərinə görə peşman olub-olmadığı barədə suala isə belə cavab verib:

"Etdiyim heç bir siyasi seçimə görə peşman deyiləm. Mənim mövqeyim Qərbin birliyinə olan inamıma əsaslanır və bu, yalnız Trampın hakimiyyətə gəlməsi ilə bağlı qəbul edilmiş strategiya deyil".

Meloni mətbuat konfransında Yaxın Şərqdəki vəziyyətə də toxunub. O bildirib ki, İtaliya əvvəldən olduğu kimi, İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək və bu mövqeyi dəyişməyib.

Baş nazir İran məsələsinin hərbi yolla deyil, diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayaraq beynəlxalq ictimaiyyəti dialoqa üstünlük verməyə çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR