Türkiyənin Ermənistanla həmsərhəd olan İğdır vilayətinin qubernatoru Ercan Turan və digər yüksəkvəzifəli rəsmi şəxslər Türkiyə–Ermənistan sərhədində yerləşən Alican sərhəd-keçid məntəqəsinə səfər ediblər.
Musavat.com xəbər verir ki, Türkiyənin Igdirovasi saytının məlumatına görə, Turan müxtəlif dövlət qurumlarının nümayəndələri ilə birlikdə Alican keçid məntəqəsində olub. Səfər zamanı rəsmi şəxslər mümkün Türkiyə–Ermənistan sərhədinin açılması halında keçid məntəqəsində texniki infrastrukturun yaradılması, eləcə də xidmətlərin göstərilməsi üçün zəruri binaların inşası ilə bağlı şəraiti yerində araşdırıblar.
Araşdırmadan sonra məsul şəxslərin iştirakı ilə müzakirə keçirilib və görüləcək işlərlə bağlı yol xəritəsi təqdim olunub.
Qeyd edilir ki, baxış və müzakirələr mümkün açılış ssenariləri üçün hazırlıq xarakteri daşıyır.
Musavat.com






