Türkiyə Fars körfəzi ölkələrinin ABŞ və İsraillə birlikdə İrana qarşı münaqişəyə qoşulmaması üçün fəal diplomatik təşəbbüslər göstərir.
Musavat.com xəbər verir ki, bu barədə Bloomberg diplomatik mənbəyə istinadən yazıb.
Məlumata görə, Ankara son günlər region paytaxtları ilə intensiv təmaslara başlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan körfəz ölkələrindəki həmkarları ilə bir sıra telefon danışıqları aparıb və görüşlər keçirib. Məqsəd müharibənin daha da genişlənməsinin, xüsusən də ərəb monarxiyalarının birbaşa şəkildə savaşa cəlb olunmasının qarşısını almaqdır.
Qeyd olunur ki, Ankara bir tərəfdən Körfəz paytaxtlarını təmkinə çağırır, digər tərəfdən isə Yaxın Şərqdə daha geniş regional savaş ssenarisinin qarşısını almağa çalışır. Türkiyənin bu diplomatik xətti həm Vaşinqtonun, həm də ərəb ölkələrinin qərarlarına təsir göstərməyə yönəlmiş mühüm addım kimi qiymətləndirilir.
Musavat.com






