Türkiyədə məsciddə azan oxunduğu vaxt qeyri-adi və bir o qədər də mehriban görüntülər yaşanıb.
Musavat.com xəbər verir ki, azan zamanı içəri daxil olan pişik minbərə dırmaşaraq birbaşa müezzinin çiyninə çıxıb.
Hadisə qarşısında əvvəlcə təəccüblənsə də, müezzin səsini kəsmədən, heç bir narahatlıq göstərmədən azanı oxumağa davam edib. O, pişiyin çiynində rahatca dayanmasına mane olmayıb, əksinə, təmkinini pozmadan ibadəti davam etdirib.
Bu qeyri-adi anlar məsciddə olanlar tərəfindən mobil telefonla çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Qısa müddətdə minlərlə baxış toplayan görüntülər istifadəçilərin böyük rəğbətinə səbəb olub.
Musavat.com






