İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə BƏƏ-nin casusları SAXLANILDI

692 25.11.2025 14:34 Dünya A A

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi, Baş Prokurorluq və ölkənin Milli Kəşfiyyat Xidməti (MİT) Birləşmiş Ərəb Əmirliklərinin maraqları üçün siyasi və hərbi casusluq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyat həyata keçirib. Nəticədə dörd şübhəlidən üçü saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, BƏƏ kəşfiyyatçıları bir sıra xarici ölkələrin rəsmiləri ilə əlaqə saxlayaraq, türk nömrələri və saxta profillərdən ölkənin müdafiə sənayesinin yüksək rütbəli işçiləri, eləcə də Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında məlumat toplamaq üçün istifadə ediblər.

Xaricdə olan dördüncü şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR