İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə restoranı gülləbaran edən azərbaycanlılar TUTULDU

1901 30.03.2026 15:03 Son xəbər A A

Türkiyədə azərbaycanlılar restorana atəş açıblar.

Hadisə Mərmərə şəhərinin Təpə məhəlləsində qeydə alınıb.

Maskalı iki şəxs axşam saatlarında restorana silahlı hücum edərək obyekti gülləbəran ediblər. Salondakı insanlar qorunmaq üçün yerə uzanıblar. Obyektə isə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub və bölgənin polis şöbəsinin rəisi də cinayət yerinə gəlib. Araşdırma zamanı hadisəni törədənlərin azərbaycanlı E.C. və A.K. olduqları üzə çıxıb.

Onlar cinayət zamanı istifadə etdikləri silah və geyimlərlə birgə saxlanılıblar. Hazırda araşdırma aparılır./lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR