2025-ci ildə Türkiyədə xarici vətəndaşlarla bağlanan nikahların statistikasında rus qadınlar yenə diqqət çəkib.
Musavat.com xəbər verir ki, ötən il Türkiyədə 1635 rusiyalı qadın türk vətəndaşı ilə ailə qurub. Bu göstərici xarici gəlinlərlə bağlanan nikahların təxminən 6 faizini təşkil edir.
Bununla belə, statistika əvvəlki illərlə müqayisədə azalma tendensiyasını göstərir. Belə ki, 2024-cü ildə 2000-dən çox rus qadın türk vətəndaşı ilə evlənmişdi. 2023-cü ildə isə bu rəqəm 2,4 mindən artıq olub.
Məlumatlara görə, rus qadınlar 2025-ci ildə Türkiyədə ən çox evlənən xarici gəlinlər arasında ilk beşliyə daxil olublar. Bununla yanaşı, ümumi rəqəmlərdə azalma müşahidə olunur.
Musavat.com






