İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə tarixi gecə: minlərlə insan qələbəni küçələrdə qeyd edir - VİDEO FOTO

4694 01.04.2026 01:18 İdman A A

Türkiyə millisinin dünya çempionatına vəsiqə qazanması ölkədə misli görünməmiş sevinc dalğası yaradıb. Türkiyənin bütün şəhərlərində insanlar küçələrə axışaraq bu tarixi anı bayram kimi qeyd ediblər.

Musavat.com xəbər verir ki, Kosovoya qarşı keçirilən həlledici qarşılaşmada 1:0 hesablı qələbə qazanan qardaş ölkənin millisi 24 ildən sonra yenidən mundiala qayıdıb. Bu nəticə ölkədə böyük coşqu ilə qarşılanıb. 

İstanbuldan Ankaraya, İzmirdən Bursaya qədər minlərlə insan Türkiyə bayraqları ilə küçələrə çıxaraq qələbəni qeyd edir. 

Xatırladaq ki, Türkiyə sonuncu dəfə 2002-ci ildə dünya çempionatında iştirak edib və həmin turnirdə yarımfinala yüksələrək dünya üçüncüsü olmuşdu.

Türkiyənin bu uğuru Azərbaycanda da böyük sevinc hissi ilə qarşılanıb. Qardaş ölkənin qələbəsi burada da geniş rezonans doğurub və ortaq qürur kimi qəbul edilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR