Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi "Bayraktar KIZILELMA" sınaq təlimlərində mühüm nailiyyət əldə edib.
Musavat.com xəbər verir ki, yerli KİV-in məlumatına görə, pilotsuz qırıcı 48 kilometr məsafədən F-16 qırıcı təyyarəsini aşkar edərək izləyib və "MURAD AESA" radiolokasiya sistemi vasitəsilə hədəfi dəqiq şəkildə müəyyənləşdirib.
Təlim çərçivəsində KIZILELMA daha sonra hava–hava tipli GÖKDOĞAN raketi ilə ideal simulyativ zərbə endirib, hədəfi uğurla “məhv” edib.
Sınaqlar bununla da bitməyib — pilotsuz qırıcı F-16 ilə birgə formasiya uçuşu edərək radar, raket sistemi və məlumat ötürmə kanallarının inteqrasiyasını tam şəkildə doğrulayıb.
Musavat.com






