İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin vitse-prezidenti Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb

721 20.05.2025 20:52 Siyasət A A

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Bu barədə C.Yılmaz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin çatdığı qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsinin daha da irəlilədilməsi üçün konkret addımlar müzakirə edilib:

"Görüşdə regional prosesləri də qiymətləndirdik. Cənab Vəliyevə və onun nümayəndə heyətinə səmimi və konstruktiv yanaşmalarına görə təşəkkür edirəm.

Qardaş Azərbaycanla əməkdaşlığımızı "bir millət, iki dövlət" anlayışı çərçivəsində, etimad və həmrəylik əsasında qətiyyətlə davam etdirəcəyik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR