İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan XİN rəsmisi: “C6 strateji muxtariyyət modeli ola bilər”

479 18.02.2026 10:25 Siyasət A A

“Bu gün biz burada sadəcə fikir mübadiləsi aparmaq üçün toplaşmamışıq. Biz C6 formatı ölkələrinin öz potensiallarını vahid, bir-birini tamamlayan bir icma kimi reallaşdıra biləcəyi gələcək barədə ümumi baxışı formalaşdırırıq”.

Musavat.com xəbər verir ki, bu fikirləri Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev bildirib.

O qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya liderlərinin görüşlərinin məşvərət platformasına qoşulması regional qarşılıqlı fəaliyyət tarixində yeni səhifə açır:

“C6 formatının strateji əhəmiyyətini qiymətləndirmək çətindir. Bu, sadəcə dialoq platforması deyil, qlobal qeyri-sabitlik şəraitində ortaq həllər tapmağa, qarşılıqlı faydaya əsaslanan davamlı iqtisadi əlaqələr qurmağa, eləcə də humanitar əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə etimadı möhkəmləndirməyə imkan verən canlı mexanizmdir. Bu prosesdə ekspert icmasının rolu xüsusi əhəmiyyət daşıyır. Məhz siz – analitiklər, tədqiqatçılar, beyin mərkəzlərinin nümayəndələri – əsaslandırılmış qərarların qəbul edilməsi üçün intellektual baza yaradırsınız.

Hörmətli ekspertlərin tövsiyələri ideyaları konkret əməkdaşlıq mexanizmlərinə çevirməyə, riskləri öncədən görməyə və açılan imkanlardan istifadə etməyə kömək edir. Həmçinin müxtəlif ölkələrin ekspertlərinin fəal qarşılıqlı əlaqəsi bütün tərəflərin maraqlarını nəzərə alan vahid gündəliyin formalaşmasına töhfə verir”.

Türkmənistan XİN rəsmisi vurğulayıb ki, konfransın aktuallığı bir neçə amillə şərtlənir:

“İlk növbədə, regional proseslərin dinamikası ilə, çünki Transxəzər dəhlizləri, enerji qarşılıqlı tamamlayıcılığı, ekoloji çağırışlar koordinasiyalı fəaliyyət tələb edir. İkinci növbədə, qlobal gündəmlə, belə ki, geosiyasi turbulentlik şəraitində C6 qarşılıqlı hörmət prinsipləri əsasında qurulan strateji muxtariyyət modeli ola bilər. Nəhayət, institusionallaşma ehtiyacı ilə: formal institutlar, ekspert şəbəkələri və koordinasiya mexanizmləri ilə bağlı məsələlər abstrakt müzakirələr deyil, regionun gələcəyinin asılı olduğu praktik vəzifələrdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR