İnsanlara hürriyət, millətlərə istiqlal!

Tverdə gecə təşvişi: yaşayış binalarına PUA zərbələri endirilib

669 12.12.2025 07:30 Dünya A A

Musavat.com xəbər verir ki, Rusiyanın Tver vilayətində gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə ardıcıl hücumlar qeydə alınıb. Yerli sakinlərin bildirdiyinə görə, hücumlar müxtəlif istiqamətlərdən həyata keçirilib və şəhərdə güclü partlayış səsləri eşidilib.

Şahidlərin sözlərinə görə, xüsusilə Osnabrukskaya küçəsində baş verən partlayışlar nəticəsində yaşayış binalarına zərər dəyib. İlkin məlumatlarda ölənlərin ola biləcəyi ehtimalı irəli sürülsə də, bu məlumatlar rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.

Məlumata əsasən, şəhərin müxtəlif rayonlarında ümumilikdə 6 partlayış qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videolarda PUA-nın zərbə anı, hücumun fərqli rakurslardan çəkilmiş görüntüləri, eləcə də daha bir obyektə endirilən zərbə əks olunub.

Hadisə yerinə fövqəladə hallar xidmətləri və hüquq-mühafizə orqanları cəlb edilib. Ərazi mühasirəyə alınıb, təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır, rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR