İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç avtomobil toqquşdu- Broyler toyuqları ətrafa dağıldı

711 15.12.2025 10:45 Hadisə A A

Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb.

Yol-nəqliyyat hadisəsi rayonun Hacıselli kəndi ərazisindən keçən magistiral yolda qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq “Opel” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Nəticədə zərbənin təsirindən “Opel” yolun sol hissəsindəki su kanalına, “Mersedes” yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb.

Qəza zamanı yük avtomobilində olan broyler toyuq məhsulları ətrafa səpələnib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR