İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç ölkə Ukraynanın NATO-ya gedən yolunu BAĞLAYIR

856 18.12.2025 19:16 Dünya A A

ABŞ, Slovakiya və Macarıstan Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərar qəbul etməyəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Varşavada jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, məsələnin praktik tərəfi Şimali Atlantika Alyansının bütün üzvləri tərəfindən yekdil dəstəyin olmamasıdır.

Rutte qeyd edib ki, "Praktik məsələ ondan ibarətdir ki, alyansın bir neçə üzvü razılıqlarını bildirməyəcək, yəni Ukraynanın NATO-ya daxil olması ilə bağlı yekdil razılıq olmayacaq. Bu ölkələrə ABŞ, Slovakiya və Macarıstan daxildir".

Eyni zamanda, Baş katib vurğulayıb ki, bu məsələnin fundamental bir aspekti var və bu aspektə əsasən, Avro-Atlantik regionundakı hər bir ölkənin NATO-ya qoşulmaq niyyətini bəyan etmək hüququ var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR