İnsanlara hürriyət, millətlərə istiqlal!

“ÜDM-in real həcmi 1,4 dəfə böyüyüb” - Mikayıl Cabbarov

593 19.11.2025 12:50 İqtisadiyyat A A

Son 7 il ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 58,3%-dən 70,2%-ə yüksəlib.

Musavat.com-un məlumatına görə, bunu Milli Məclisdəki büdcə müzakirələrində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2018-ci ildən başlayaraq vergi-gömrük və əmək bazarı sahəsində islahatlara start verilib, 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verib:

“2019-2025-ci illər ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58%-dən cari ilin son tarixində 70%-ə yüksəlib”.

M.Cabbarov deyib ki, son 7 il ərzində ÜDM-in real həcmi 1,4 dəfə böyüyüb. 2025-ci ilin gözlənilən göstəricisi nəzərə alınmaqla, 2019-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in nominal həcmi 2 dəfə, real həcmi isə 1,4 dəfə böyüyüb.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR