Ukrayna Ali Radasının deputatı Maryana Bezuglaya iclas başlamazdan əvvəl tribunanı qırmızı lentlə bağlayıb.
Musavat.com xəbər verir ki, o, Ali Rada tribunasını bloklamaqla Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin istefasını tələb edib.
Deputat Sergey Taruta isə lentin açılmasına cəhd edib və nəticədə onunla Bezuglaya arasında dava düşüb.
Musavat.com






