İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Baş Qərargahı təkzib etdi: “Xersonda otel vurulmayıb”

525 02.01.2026 10:57 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğal altında olan Xerson vilayətində yerləşən otelə zərbə endirilməsi ilə bağlı yayılan məlumatları rəsmi şəkildə təkzib edib.

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Dmitro Lıxovıy bildirib ki, 01.01.2026 gecəsi Ukraynanın Müdafiə Qüvvələri tərəfindən həyata keçirilmiş bütün zərbələr barədə məlumatlar Baş Qərargahın rəsmi sosial şəbəkə hesablarında dərc olunub.

Onun sözlərinə görə, Ukrayna ordusu beynəlxalq humanitar hüququn normalarına ciddi şəkildə riayət edir və zərbələri yalnız qanuni hərbi hədəflərə endirir:

“Ukrayna Müdafiə Qüvvələri yalnız düşmənin hərbi obyektlərini, Rusiya Federasiyasının yanacaq-enerji kompleksinə aid infrastrukturunu və ölkə-təcavüzkarın hərbi potensialını azaltmağa yönəlmiş digər legitim hədəfləri vurur”, – deyə Lıxovıy vurğulayıb.

Baş Qərargah nümayəndəsi əlavə edib ki, mülki obyektlərə, o cümlədən otellərə zərbə endirilməsi barədə yayılan iddialar reallığı əks etdirmir və dezinformasiya xarakteri daşıyır.

Qeyd edək ki, son günlər işğal olunmuş Xerson vilayəti ərazisində partlayışlarla bağlı müxtəlif qeyri-rəsmi məlumatlar yayılıb. Rəsmi Kiyev bu cür xəbərlərlə bağlı yalnız təsdiqlənmiş və rəsmi mənbələrə istinad edilməsini tövsiyə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR