Ukraynada fəaliyyət göstərən “beynəlxalq legionlar” ləğv olunur.
Musavat.com xəbər verir ki, bu barədə BBC Ukrayna Baş Qərargahına istinadən məlumat yayıb.
Məlumata görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin tərkibində xidmət edən xarici vətəndaşlar fəaliyyətlərini dayandırmayacaq, lakin ayrı legion formatı aradan qaldırılacaq. Xarici döyüşçülər hücum qoşunlarının tərkibində xidmətlərini davam etdirəcək və onların müqavilələrinin 2025-ci ilin sonunadək qüvvədə olacağı bildirilir.
Ukrayna Baş Qərargahı bu qərarın qoşunların strukturunun optimallaşdırılması və idarəetmənin sadələşdirilməsi məqsədi daşıdığını vurğulayır. Analitiklər isə qeyd edirlər ki, bu addım həm də xarici döyüşçülərin statusu və gələcək rolu ilə bağlı Kiyevin yanaşmasında dəyişiklik anlamına gələ bilər.
Qeyd edək ki, “beynəlxalq legionlar” müharibənin ilk mərhələsində Ukraynaya dəstək üçün ölkəyə gələn minlərlə xarici könüllünü birləşdirirdi.
Musavat.com






