Ukrayna böhranının həlli üzrə danışıqlar ərazi məsələləri və Qərb qoşunlarının ölkədə qalması ilə bağlı fikir ayrılıqları səbəbindən çıxılmaz vəziyyətə düşüb.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Məlumata görə, Rusiya Ukrayna qüvvələrinin Donbasdan çıxarılmasında israr edir, Ukrayna isə güzəştə getmək istəmir.
4-5 fevral tarixlərində Əbu-Dabidə keçirilən əvvəlki danışıqlarda tərəflər yalnız atəşkəs və silahsızlaşdırılmış zona parametrləri barədə razılığa gələ biliblər.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, danışıqların növbəti mərhələsi 17-18 fevral tarixlərində ABŞ-də keçirilə bilər və bu mərhələdə əsas mövzu ərazi məsələsi olacaq.
Prezident həmçinin ümid edir ki, münaqişə bir neçə ay ərzində xoşməramlı danışıqlar yolu ilə həll oluna bilər.
Moskva və Kiyev sülh razılaşmalarına çatana qədər ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanı yekunlaşdırmayacaq. Eyni zamanda, Ağ Evin yüksək vəzifəli rəsmisi qeyd edib ki, ABŞ prezidenti Donald Tramp bu zəmanətlərdən Zelenskiyə qarşı təsir vasitəsi kimi istifadə etməyəcək və sülh prosesinə mane olmamaq niyyətindədir.
Musavat.com






