ABŞ-Avropa münasibətlərində müşahidə olunan gərginlik fonunda Ukrayna münaqişəsi yeni, həlledici mərhələyə qədəm qoyur.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, Vaşinqtonun dəstəyinin qeyri-müəyyənləşməsi Avropanı çətin seçim qarşısında qoyub.
Hazırda Avropa İttifaqında bu məsələ ətrafında ciddi fikir ayrılıqları mövcuddur. Bir sıra ölkələr Kiyevin maliyyələşdirilməsinin davam etdirilməsinin zəruri olduğunu bildirsə də, digərləri ABŞ-ın prosesdən uzaqlaşması fonunda yeni yükün Aİ üçün real olub-olmadığını sual altına alır.
"Bloomberg" yazır ki, bu qeyri-müəyyənlik həm diplomatik, həm də hərbi planda vəziyyəti daha da gərginləşdirir və müharibənin gələcək trayektoriyası böyük ölçüdə ABŞ-Aİ münasibətlərindəki növbəti addımlardan asılı olacaq.
Musavat.com






