25 dekabr Cümə axşamı günü Ukrayna Hərbi Hava Qüvvələrinin bölmələri Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk Neft Emalı Zavoduna "Storm Shadow" qanadlı raketlərlə zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Ukrayna hərbi rəsmilərinin sözlərinə görə, obyektin yaxınlığında çoxsaylı partlayışlar qeydə alınıb. Baş Qərargah hədəfin vurulduğunu qeyd edib, lakin hazırda dəyən ziyanın miqyası müəyyən edilir.
Qeyd edək ki, Novoşaxtinsk Neft Emalı Zavodu regionun yanacaq infrastrukturunun bir hissəsidir. Hadisə ilə bağlı Rusiya tərəfindən heç bir rəsmi şərh verilməyib.
Musavat.com






