İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük neft terminalını vurdu: Yanğın davam edir

1462 23.03.2026 08:45 Dünya A A

Rusiyanın Baltik dənizindəki ən böyük neft ixrac terminallarından biri olan Primorsk kütləvi dron hücumuna məruz qalıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu terminalın boru kəməri sisteminin gücü ildə 75 milyon tona qədər neft təşkil edir.

Terminalın yerləşdiyi Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, vilayətə dron hücumu davam edir, səhərə qədər 50 PUA zərərsizləşdirilib. “Dron qalıqları” terminaldakı yanacaq çəninə düşüb, yanğın başlayıb. Qubernatorun dediyinə görə, yanğınsöndürənlər yanacaq çənini söndürürlər: "Primorsk limanında yanacaq çəni zədələnib və yanğın baş verib. Yanğınsöndürmə işləri davam edir və personal təxliyə edilib".

Qeyd edək ki, ötən gecə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Pulkovo hava limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR