İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyaya qarşı bu texnologiyadan İSTİFADƏ EDİR - Ucuz, amma ölümcül...

715 17.02.2026 09:59 Dünya A A

Fransa İnqilabından qalma hərbi texnologiya olan hava şarları müasir döyüş meydanında getdikcə daha çox istifadə olunur. 

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazır.

Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələri bu şarlardan həm Rusiyanın dərinliklərinə zərbələr endirmək, həm də kəşfiyyat, yükdaşıma və aldatma məqsədilə uğurla istifadə edir.

Hava şarları kəşfiyyat aparmaq və faydalı yük daşımaq imkanına malikdir.

Şarlar radarlar üçün demək olar ki, görünməzdir və digər uçuş aparatlarını sıradan çıxaran radioelektron mübarizə xəttinin üzərində yüksəkdə uça bilir.

Eyni zamanda, minlərlə kilometr uzaqlıqda yerləşən hədəfləri vurmaq üçün “kamikadze” dronlar kimi silahlar da daşıya bilirlər.

“Kiyev maliyyə çatışmazlığı və kifayət qədər müasir silaha çıxış imkanlarının məhdudluğu səbəbindən hava şarlarına ucuz, amma asimmetrik üstünlüyü olan alternativ kimi müraciət edib”, - məqalədə vurğulanır.

Mənbələrin bildirdiyinə görə, Ukrayna Rusiya işğalından dərhal sonra hava şarlarından istifadə etməyə başlayıb. Şarlar vasitəsilə bomba və qranatalar atılıb, radarlar isə bu şarları döyüş təyyarələri kimi qəbul edib. 2024-cü ildən başlayaraq Ukrayna ABŞ istehsalı şarlardan istifadə edərək, kiçik “kamikadze” silahlarının dəqiq hədəfə çatdırılmasını təmin edən sistem kimi tətbiq edib.

Mənbələr qeyd edir ki, bu üsul Rusiya ərazisinin dərinliklərinə, neft yataqlarına, neft emalı zavodlarına, gəmiçilik terminallarına və dəmir yoluna zərbələr endirmək və rus iqtisadiyyatını zəiflətmək imkanı verib.

“Keçən il Ukrayna qüvvələri hava şarlarını həm Rusiyanın neft emalı zavodlarına, həm də Moskva və Ryazan şəhərlərinə hücumlarda istifadə edib. Mənbələrin bildirdiyinə görə, dekabr ayında hava şarları vasitəsilə Moskva istiqamətində zərbə dronları da göndərilib”, - deyə məqalədə bildirilir.

Hava şarları küləyə bağlıdır. Ukraynada əsas küləklər şərq istiqamətində əsir, bu da şarların təbii olaraq Rusiyaya tərəf üzməsini təmin edir.

Operatorlar bildirirlər ki, süni intellekt və dəqiq hava proqnozu məlumatlarının kombinasiyası uzaq hədəflərə zərbələri daha dəqiq etməyə imkan verir. ABŞ ordusunun Kəşfiyyat üzrə Strategiya və Transformasiya direktoru Endryu Evans qeyd edib ki, bir neçə yüz dollara başa gələn hava şarını vurmaq, düşmən üçün milyonlarla dollara başa gələ bilər.

Bugünkü yüksəkdə uçan hava şarları çantaya sığacaq qədər kiçikdir, yüngül kameralar və digər sensorlarla təchiz olunub, həmçinin günəş enerjisi ilə işləyir. Onlar öz kursunu avtomatik tənzimləyə bilir və operatorlar missiyanı dəyişmək üçün proqram yeniləmələri göndərə bilirlər.

Britaniya və Almaniyada fəaliyyət göstərən “Planetfall” şirkəti hava şarlarından 30 kilometr hündürlükdən “kamikadze” dronlarını endirəcək sistemlər hazırlayıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR