Ukraynadakı münaqişənin həlli Kiyevin mövqeyinə görə gecikir.
Musavat.com xəbər verir ki, bunu Reuters agentliyinə verdiyi müsahibədə ABŞ prezidenti Donald Tramp deyib.
Ondan ABŞ-ın Ukrayna münaqişəsini həll etmək üçün səylərinin niyə indiyə qədər uğursuz olduğu soruşulub. Tramp cavabında "Vladimir Zelenski" deyib: "Düşünürəm ki, o (Rusiya prezidenti Vladimir Putin – red.) razılaşmaya hazırdır. Düşünürəm ki, Ukrayna razılaşmaya daha az hazırdır".
Musavat.com






