ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Ukrayna ilə bağlı danışıqlar üçün Berlinə gediblər.
Musavat.com xəbər verir ki, onların Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşlərdə iştirak edəcəyi bildirilir.
BILD nəşrinin məlumatına görə, danışıqların ilk mərhələsində ABŞ və Ukraynanın xarici siyasət üzrə müşavirləri arasında məsləhətləşmələr keçiriləcək. Daha sonra proses yüksək siyasi səviyyəyə keçəcək.
Bazar ertəsi günü Almaniyanın kansleri Fridrix Merts ilə Zelenski arasında şəxsi görüş planlaşdırılıb. Bu görüşdən sonra isə Avropa ölkələrinin dövlət və hökumət başçılarının, eləcə də Avropa İttifaqı və NATO rəhbərliyinin Berlində toplaşacağı gözlənilir.
Musavat.com






