İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada döyüşən azərbaycanlı "Saxa" vəfat etdi FOTO

935 10.02.2026 12:07 Son xəbər A A

Rusiya–Ukrayna müharibəsində iştirak edən azərbaycanlı həyatını itirib.

Musavat.com xəbər verir ki, müharibənin ilk günlərindən döyüşlərə qatılan, “Saxa” ləqəbi ilə tanınan Saleh İsmayılov vəfat edib.

Məlumata görə, Saleh İsmayılov döyüşlər zamanı ağır yaralanıb. Daha sonra onda onkoloji xəstəlik aşkarlanıb və xəstəlik səbəbilə dünyasını dəyişib.

Azərbaycan vətəndaşı olan Saleh İsmayılov genişmiqyaslı müharibənin başlanmasından etibarən könüllü şəkildə Ukraynanın müdafiəsinə qoşulub. O, Ukrayna silahlı qüvvələrinin tərkibində müharibənin ən qaynar nöqtələrində döyüşüb.

Cəbhə yoldaşları və yerli ictimaiyyət arasında Saleh İsmayılov Ukraynada şərəf, cəsarət və qəhrəmanlığın rəmzinə çevrilmişdi.

 


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR