İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada Rusiya gəmisi SAXLANILDI

875 10.12.2025 15:38 Dünya A A

Odessa Dəniz Limanında hüquq-mühafizə orqanları xarici ticarət gəmisini saxlayıb.

Musavat.com xəbər verir ki, UkraynaTəhlükəsizlik Xidmətinin (UTX) məlumatına görə, gəmi Rusiyanın “kölgə” donanmasına daxil olub və bir neçə dəfə Krımda olub.

Gəmi Afrika ölkəsinin bayrağı altında üzsə də, istintaq müəyyən edib ki, sahibi sanksiya altındadır.

Xüsusi xidmətin məlumatına görə, işğaldan əvvəl gəmi ən azı yeddi dəfə Sevastopola yanaşıb. Xüsusilə, 2021-ci ilin yanvarında təxminən 7 min ton buğdanı Şimali Afrikaya daşıyıb. Gəmidə kapitan və Yaxın Şərq ölkələrindən olan 16 ekipaj üzvü olub. Axtarış zamanı qanunsuz səfərləri təsdiqləyən sənədlər götürülüb.

Fakt üzrə bir neçə maddə üzrə cinayət işi açılıb, kapitana şübhə elan edilib. Məhkəmə qərarı ilə gəmi həbs edilib və istintaq hərəkətlərindən sonra Odessa Dəniz Limanına təhvil verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR