Ukraynada “Telegram”ın fəaliyyətinin məhdudlaşdırılması təklifi irəli sürülüb.
Musavat.com xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müavini İrina Vereşçuk ölkədə Telegram tətbiqinin işinin məhdudlaşdırılmasına çağırıb.
Onun sözlərinə görə, Rusiya sözügedən messencerdən sistemli şəkildə terrorçuların ələ alınması, onların fəaliyyətinin koordinasiyası və terror aktlarının həyata keçirilməsi üçün istifadə edir. Vereşçuk bildirib ki, bu təhlükə fonunda platformanın fəaliyyəti ilə bağlı ciddi qərarların verilməsi zəruridir.
Musavat.com






