İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan TƏCİLİ AÇIQLAMA: Rusiya ordusuna ƏMR VERİLDİ - Bu ərazilər VURULACAQ

638 17.07.2026 13:54 Dünya A A

Rusiya ordusunun bölmələri Ukraynanın cəbhəyanı və sərhədyanı bölgələrində mülki infrastruktur və avtonəqliyyat vasitələrinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələri gücləndirmək barədə göstəriş alıb.

Musavat.com "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) öz rəsmi "Telegram" kanalı vasitəsilə məlumat yayıb.

Kəşfiyyatın məlumatına görə, Rusiya komandanlığı yanacaqdoldurma məntəqələri (YDM), yük maşınları, avtobuslar və minik avtomobillərinə hücumları aktivləşdirməyi əmr edib.

Bu tapşırıqların icrası Rusiya Silahlı Qüvvələrinin "Rubikon" perspektivli pilotsuz sistemlər mərkəzinə və ordunun xətti bölmələrinin kənar operatorlarına (pilotlarına) həvalə edilib.

Hədəflərin aşkarlanması və məhv edilməsi üçün real vaxt rejimində idarə olunan "Molniya-1", "Molniya-2", "Geran-seeker", "Gerbera-seeker", "Lancet", "V2U" və digər analoji pilotsuz sistemlərdən istifadə olunması planlaşdırılır.

GUR qeyd edir ki, PUA heyətlərinin hazırlıq səviyyəsinin aşağı olması artıq bir sıra insidentlərə yol açıb. Ukraynaya qarşı aparılan hücum kampaniyası çərçivəsində rusiyalı operatorlar səhvən öz mövqelərini və mülki şəxslərini vururlar.

Məsələn, Rusiya Silahlı Qüvvələrinin 1427-ci motatıcı alayının operatorları orientasiyanı itirərək "Molniya-2" PUA-sını Rusiyanın Kursk vilayətinin Qluşkovo yaşayış məntəqəsi yaxınlığındakı mülki "UAZ Buxanka" markalı avtomobilə yönəldiblər. PUA hədəfdən yayınıb və maşından təxminən 10 metr aralıda partlayıb.

Bununla yanaşı, Rusiyanın sərhədyanı bölgələrində öz mülki əhalisinə qarşı bu cür hücumlar çox vaxt Rusiya xüsusi xidmət orqanları tərəfindən qəsdən təşkil edilir. Məqsəd isə Kremlin təbliğat maşını üçün Ukraynanı demonizə etmək və nüfuzdan salmaq məqsədilə material hazırlamaqdır.

Daha bir analoji hadisə Zaporojye istiqamətində qeydə alınıb. Orada düşmən operatorları "dost atəşi" açaraq səhvən daxilində Rusiya hərbçiləri olan pikap avtomobilini vurublar.

"Hər bir halda, Rusiya rəhbərliyinin cəbhəyanı bölgələrdə dron hücumunu gücləndirmək əmri Ukraynanın mülki əhalisi üçün ciddi və real təhlükə yaradır", - deyə GUR vurğulayıb və vətəndaşları hava həyəcanı siqnallarına qarşı diqqətli olmağa çağırıb.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Jitomir vilayətində hava həyəcanı zamanı yanacaqdoldurma məntəqələrinin fəaliyyəti qadağan edilib.

Həmçinin, təhlükəsizlik riskləri ilə əlaqədar, 1 iyul 2026-cı il tarixindən etibarən "WOG" yanacaqdoldurma məntəqələri şəbəkəsi Ukraynanın yeddi vilayətində xüsusi iş rejiminə keçib. Bu rejim YDM-lərin gecə saatlarında fəaliyyətini dayandırmasını nəzərdə tutur.

Bundan əlavə, Ukrayna hökuməti yanacaqdoldurma məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi və cəbhəyanı bölgələrə yanacağın fasiləsiz çatdırılması istiqamətində işləri davam etdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR