İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzhan Uğur saxlanıldı – “Ahbap” istintaqında yeni əməliyyat

370 17.07.2026 18:20 Şou-biznes A A

Türkiyədə “YouTube” platformasında yayımlanan “Babala TV”nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.

Musavat.com xəbər verir ki, İstanbul Baş Prokurorluğunun “Ahbap” Dərnəyinin fəaliyyəti ilə bağlı apardığı istintaq çərçivəsində Oğuzhan Uğur barəsində saxlanılma qərarı icra olunub.

Əməliyyat zamanı onunla yanaşı daha bir neçə şübhəli də nəzarətə götürülüb. Prokurorluğun məlumatına görə, ümumilikdə 9 nəfər haqqında saxlanılma qərarı verilib, onlardan 7-si artıq saxlanılıb, digər iki nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Bildirilir ki, Oğuzhan Uğur 2023-cü il fevral zəlzələlərindən sonra “Ahbap” Dərnəyi ilə birlikdə yardım kampaniyalarında iştirak edib. Hazırkı istintaq həmin dövrdə dərnəyin fəaliyyəti ilə bağlı aparılan araşdırmalar çərçivəsində həyata keçirilir. 

Türkiyə mediasının məlumatına görə, polis əməkdaşları səhər saatlarında Oğuzhan Uğurun yaşadığı ünvanda axtarış aparıb, daha sonra o, ifadəsi alınmaq üçün İstanbul Polis İdarəsinə aparılıb. İstintaq çərçivəsində saxlanılan digər şəxslərin də dindirilməsi davam edir. 

Hazırda istintaq davam edir və prokurorluq tərəfindən hadisə ilə bağlı əlavə açıqlamaların veriləcəyi gözlənilir. 

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR