İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı aktrisa 9 milyonluq avtomobili ilə gündəm oldu

301 17.07.2026 20:12 Şou-biznes A A

 Türkiyəli aktrisa Feyza Civelek bu dəfə rol aldığı serialla deyil, lüks avtomobili ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, “Kızılcık Şerbeti” serialında canlandırdığı Nilay obrazı ilə tanınan aktrisa təxminən 9 milyon türk lirəsi dəyərində olan qırmızı “Porsche Carrera” markalı yeni avtomobili ilə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.

Qısa müddətdə geniş müzakirələrə səbəb olan paylaşım izləyiciləri iki cəbhəyə bölüb. Bir qrup istifadəçi Civeleki uğuru münasibətilə təbrik edərək bahalı avtomobil almağını normal qarşılasa da, digərləri onun dəbdəbəli həyat tərzini tənqid edən rəylər yazıblar.

Müzakirələr zamanı aktrisanın anası Melis Civelekin “Kızılcık Şerbeti” serialının ssenari müəllifi olması səbəbindən Feyzanın layihədə rol alması ilə bağlı vaxtilə səsləndirilən iddialar da yenidən xatırladılıb.

Fotolarda qara dəri gödəkçə, gün eynəyi və iddialı geyim tərzi ilə diqqət çəkən Feyza Civelek qırmızı “Porsche Carrera” avtomobilinin önündə obyektiv qarşısına keçib. Onun həm yeni avtomobili, həm də obrazı izləyicilərin marağına səbəb olub.

 Könül

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR