İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ tankeri Qara dənizdə VURULDU - Yanğın başladı

553 17.07.2026 17:56 Dünya A A

ABŞ-nin nəhəng "ExxonMobil" enerki şirkəti tərəfindən icarəyə götürülmüş "Nordic Zenith" tankeri Qara dənizdə, Xəzər Boru Kəməri Konsorsiumunun (XBK/KTK) terminalı yaxınlığında hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə konsorsiumun yaydığı rəsmi məlumatda bildirilir.

Verilən məlumata görə, "Nordic Zenith" tankeri bu səhər tezdən konsorsiumun terminalında neft yüklənməsinə başlamalı idi. Lakin baş verən qəfil hücumdan sonra gəmidə yanğın qeydə alınıb və yükləmə üçün tamamilə yararsız hala düşüb.

Gəmi heyətinin "SOS" həyəcan siqnalı verməsindən dərhal sonra konsorsiumun xilasetmə qüvvələri operativ şəkildə hadisə yerinə cəlb olunub.

Hadisə zamanı gəmidə olan 13 heyət üzvü təxliyə edilib, digər 9 nəfər isə öz istəkləri ilə göyərtədə qalıb.

Xatırladaq ki, bu, son günlərdə ABŞ şirkətlərinin idarəçiliyində olan tankerlərə qarşı törədilən ilk hücum deyil.

Ötən həftə ABŞ-nin digər bir energetika nəhəngi - "Chevron" şirkətinin icarəyə götürdüyü "Yasa Polaris" tankeri də analoji şəkildə XBK terminalı yaxınlığında hücuma məruz qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR