Ukraynanın müdafiə naziri Mixaylo Fyodorovun paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub.
Musavat.com xəbər verir ki, Fyodorov Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşü zamanı çəkilmiş fotonu paylaşaraq maraqlı şərh yazıb.
“Almaniyanın müdafiə naziri Boris Pistoriusa Moskva səhərini göstərirəm”, – deyə o qeyd edib.
Paylaşım Moskva istiqamətində bu gün baş vermiş hücumlarla bağlı yayılan görüntülərdir. Bundan əlavə, Fyodorov paylaşımında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun onun müdafiə naziri vəzifəsinə yeni təyin olunması ilə bağlı sözlərini də xatırladıb.
“Axı hələ dünən Lavrov deyirdi ki, Ukraynanın yeni müdafiə naziri vəzifəsinə tam uyğunlaşmağa macal tapmayıb. Bəs o tam uyğunlaşanda nə olacaq?” – deyə paylaşımda vurğulanıb.
Musavat.com






