İnsanlara hürriyət, millətlərə istiqlal!

Uqo Çavesin heykəlini BELƏ AŞIRTDILAR

3166 04.01.2026 20:45 Gündəm A A

Venesuela sosial şəbəkələrində yayılan videolarda ölkə vətəndaşlarının keçmiş prezident Uqo Çavesin abidəsini nümayişkaranə şəkildə təhqir edərək dağıdıb.

Musavat.com xəbər verir ki, görüntülər qısa zamanda yerli onlayn platformalarda geniş müzakirələrə səbəb olub.

Yayılan materiallarda bir qrup şəxsin Çavesin heykəlini aşırdığı, ona qarşı açıq aqressiya nümayiş etdirdiyi görünür. Rəsmi qurumlar hələlik videonun autentikliyi və hadisənin detalları ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, Uqo Çavesin hakimiyyəti dövründə – xüsusən 2000-ci illərdə neft gəlirlərinin rekord həddə çatdığı vaxtlarda – Venesuelada əsas iqtisadi sahələr, ilk növbədə neft və enerji sektoru milliləşdirilmişdi. Məhz həmin dövrdə formalaşan siyasi və iqtisadi kurs ölkənin indiki sosial-iqtisadi modelinin təməlini qoyub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR