İnsanlara hürriyət, millətlərə istiqlal!

Urqantın efirə qaytarılması üçün Kremlə müraciətlər edilib – pərdəarxası danışıqlar

801 15.12.2025 04:24 Şou-biznes A A

New York Times yazır ki, Rusiyada bir qrup “nüfuzlu şəxs” hakimiyyət strukturlarına müraciət edərək İvan Urqantın Birinci Kanalın efirinə qaytarılmasını xahiş edib.

Musavat.com xəbər verir ki, nəşr müraciət edən şəxslərin adlarını açıqlamır və bu da məsələ ətrafında müəmmalılığı daha da artırır.

Məqalədə qeyd olunur ki, müraciət edənlər siyasi və ictimai çəkisi olan fiqurlardır. Onlar mümkün təzyiqlərdən və nəticələrdən ehtiyat etdikləri üçün anonim qalmağa üstünlük veriblər. Bu fonda Rusiya ictimai məkanında suallar çoxalır: söhbət kimlərdən gedir? Sosial şəbəkələrdə Alla Puqaçova, Maksim Qalkin, Vladimir Pozner, eləcə də Birinci Kanalın rəhbəri Konstantin Ernstin adları hallandırılsa da, New York Times bu ehtimalların heç birini təsdiqləmir.

Urqant niyə efirdən uzaqlaşdırıldı?

Xatırladaq ki, İvan Urqant 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra efirdən uzaqlaşdırılıb. Onun “Veçerniy Urqant” proqramı Birinci Kanalın yayımından çıxarılıb. Rəsmi izahat verilməsə də, Urqantın müharibənin ilk günlərində sosial şəbəkələrdə paylaşdığı müharibəyə qarşı mövqenin Kremlə yaxın dairələrdə narazılıq doğurduğu bildirilir.

Sonrakı dövrdə Urqant Rusiyada faktiki olaraq informasiya blokadası ilə üzləşib və televiziya layihələrindən kənarda saxlanılıb. Bir müddət sonra o, əsasən xaricdə konsertlər və səhnə layihələri ilə çıxış etməyə başlayıb. Bu isə Urqantın efirdən könüllü deyil, siyasi səbəblərlə uzaqlaşdırıldığı fikrini daha da gücləndirib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR