İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşakov: Ukrayna üzrə “Koreya ssenarisi” heç vaxt müzakirə olunmayıb

455 14.12.2025 14:23 Dünya A A

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ukrayna ilə bağlı sülh danışıqlarının gedişi barədə danışaraq, mediada dolaşan iddiaları təkzib edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, münaqişənin həlli üçün “Koreya variantı” adlandırılan ssenari heç vaxt müzakirə mövzusu olmayıb.

Uşakov vurğulayıb ki, aparılan danışıqlarda müvəqqəti bölünmə, dondurulmuş münaqişə və ya demarkasiya xətti ilə uzunmüddətli qarşıdurma kimi modellər gündəmdə olmayıb. O qeyd edib ki, Moskvanın mövqeyi fundamental və uzunmüddətli həllin tapılmasına yönəlib.

Kreml rəsmisinin açıqlaması Ukrayna ətrafında sülh təşəbbüsləri ilə bağlı müxtəlif beynəlxalq ssenarilərin müzakirə edildiyi bir vaxtda verilib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR