İnsanlara hürriyət, millətlərə istiqlal!

Uydurma uşaqlar, real milyonlar: böyük dələduzluq üzə çıxdı

783 20.12.2025 04:16 Dünya A A

Rusiyada ölkə miqyasında səs-küy doğuran dələduzluq işi üzrə təfərrüatlar açıqlanıb.

Musavat.com xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 8 qadın və 1 kişi heç vaxt mövcud olmayan uşaqlara görə dövlət müavinətlərinin sistemli şəkildə alınmasını təşkil edib.

İstintaq materiallarında bildirilir ki, sxemin əsas fiquru olan kişi ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən çoxfunksiyalı dövlət xidmət mərkəzlərinə (MFC) müraciət edib. O, özünü ev şəraitində doğuş zamanı iştirak etmiş şəxs kimi təqdim edərək, müxtəlif tanış qadınların uşaqlarını guya şəxsən dünyaya gətirməsinə şahidlik etdiyini bildirib və bu əsasla doğum faktlarını təsdiqləyən sənədlərin rəsmiləşdirilməsinə nail olub.

Dələduzluq sxemində saxta pasportlardan və uydurma şəxsiyyətlərdən geniş istifadə edildiyi müəyyən edilib. Rəsmi sənədlər üzərində guya 600-dən çox uşaq dünyaya gəlib və həmin “uşaqlar” üçün dövlət büdcəsindən iri məbləğdə sosial ödənişlər ayrılıb.

Cinayət sxemi təxminən 20 regionda eyni vaxtda ifşa olunub. İlkin hesablamalara görə, dövlətə dəyən maddi zərər 237 milyon rubl təşkil edir.

Hazırda iş üzrə istintaq yekunlaşıb və cinayət işi baxılması üçün məhkəməyə göndərilib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR