İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzak şehir”in kiçik ulduzu mükafat aldı - FOTO

8085 26.11.2025 15:17 Şou-biznes A A

“Uzak şehir” serialının kiçik ulduzu növbəti uğuruna imza atıb.

Musavat.com xəbər verir ki, serialda “Cihan Dəniz” obrazını canlandıran aktyor Kuzey Gezer “Altın 61 Ödülleri” mükafatına layiq görülüb.

Azyaşlı olmasına baxmayaraq peşəkar performansı ilə diqqət çəkən Kuzeyin bu uğuru həm serial komandasını, həm də izləyiciləri sevindirib.

Mükafatını almaq üçün səhnəyə çıxan Kuzey Gezerin həyəcanı kameralara da yansıyıb. Onun utancaq, eyni zamanda şirin davranışları tədbir iştirakçılarını gülümsədib. Səhnədə sadəcə təşəkkür edən balaca aktyorun sözləri alqışlarla qarşılanıb. 

Qeyd edək ki, Kuzey Gezer 2019-cu ildə İstanbulda doğulub. O, körpə ikən “Yasak elma” serialında canlandırdığı “Halit Can Argun” və 2024-cü ildə “Uzak şehir” serialında “Cihan Dəniz” obrazları ilə tanınıb.

Könül
Musavat.com

images (28).jpeg (9 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR