İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzak şehir”in ulduzu ilə Elşən eyni layihədə - “Fəlakət” kimdən 10 min borc istədi? VİDEO

900 06.03.2026 13:07 Şou-biznes A A

“Fəlakət” obrazı ilə tamaşaçıların yaddaşında iz qoyan aktyor Elşən Orucov “Könüllü danış” layihəsinin növbəti qonağı olub.

Musavat.com xəbər verir ki, səmimi və maraqlı söhbət zamanı aktyor həm televiziya sahəsində baş verən dəyişikliklərdən, həm də şəxsi və yaradıcılıq həyatından danışıb.

Verilişdə o, yerli televiziyalarda yayımlanan bəzi proqramların səviyyəsi və bayağı məzmun mövzusu barədə fikirlərini bölüşüb.

Söhbət zamanı Elşən Orucov yeni layihələrindən də danışıb. O, məşhur türk aktyoru Ozan Akbaba ilə planlaşdırılan yeni layihə barədə ilkin məlumat verib və bunun maraqlı əməkdaşlıq olacağını qeyd edib.

Bundan başqa, Elşən “Fəlakət” obrazının ona gətirdiyi məşhurluqdan, bu obrazın həyatında yaratdığı dəyişikliklərdən və gələcək planlarından da danışıb. Qeyd edib ki, tamaşaçılar onu əsasən bu obrazla tanısalar da, o, müxtəlif rollarda çıxış edərək aktyor kimi imkanlarını daha geniş şəkildə göstərmək istəyir.

Könül İbrahim
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR