“Kanal D” ekranlarında yayımlanan “Uzak şehir” reytinqlərdə düşüş yaşayıb.
Musavat.com xəbər verir ki, serialın son bölümü gözlənilməz reytinq itkisi yaşayıb.
Serial bir gecədə təxminən 3 bəndlik reytinq enişi ilə gündəmə gəlib. Xüsusilə AB kateqoriyasında 3 bəndə yaxın, ABC1 kateqoriyasında isə 2,35 bəndlik azalma serialın əvvəlki göstəricilərlə müqayisədə zəif nəticə əldə etdiyini ortaya qoyub.
Mövzu ilə bağlı reytinq üzrə mütəxəssis “X” sosial şəbəkəsində enişin səbəbini belə izah edib:
“Gəlir səviyyəsi yüksək olan tamaşaçı kütləsi (AB və C1) ekranlardan uzaqlaşır. Nisbətən daha aşağı gəlir qrupları olan C2 və D isə izləməyə davam etdiyi üçün TOTAL kateqoriyasında təsir daha az hiss olunur. Böyük ehtimalla bu həftə bir çox serialda oxşar vəziyyət müşahidə ediləcək. Düşüşün məzmunla bağlı olduğunu düşünmürəm”.
Mütəxəssisin fikrincə, yaşanan reytinq itkisi serialın keyfiyyəti ilə deyil, mövsümi tamaşaçı vərdişləriylə əlaqədardır.
Könül
Musavat.com






