İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan üçün “o gün” yaxınlaşır

1151 09.02.2026 19:13 Ölkə A A

Xəbər verdiyimiz kimi, fevralın 10-da Cinayət Məcəlləmizin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

Hazırda Vardanyanla bağlı ən aktual sual ona hansı cəzanın veriləcəyi ilə bağlıdır.

Bu sualın gündəmə çevrilməsinə ən çox səbəb də, fevralın 5-də Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində məlum hökmlərin oxunmasıdır.

Vardanyanın cinayətlərinə diqqət yetirdikdə, hansı cəzanı alacağını təxmini proqnozlaşdırmaq olur. Amma təbii ki, yekun sözü məhkəmə kollegiyası deyəcək.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Elçin Mirzəbəyli partiyasından XARİC EDİLDİ

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında Vardanyanın da digərləri kimi layiqli cəza alacağını bildirdi :

“Ruben Vardanyanın cinayət işi digərlərindən ayrılsa da, onun Azərbaycan ərazilərində göstərdiyi “fəaliyyət”in, qondarma rejimi dəstəkləməsinin tarixçəsi heç də digərlərindən sonra olmayıb. Hətta deyərdim ki, daha əvvələ gedir. Dünyada çirkli pulların yuyulması prosesinin aktiv iştirakçılarından olub. Həmçinin də böyük bir şəbəkəyə başçılıq edən bir şəxs kimi Vardanyan uzun illər Azərbaycan ərazilərində separatizm və işğalın sponsuru kimi çıxış edib. Eyni zamanda, onun fəaliyyəti ölkəmiz əleyhinə beynəlxalq aləmdə yalan məlumatlar yaymaqla özünü büruzə verib. O, paralel olaraq, ərazilərimizdə təbii sərvətlərimizin talanması və ekologiyamıza ziyan vurulması prosesində də iştirak edib və bu iştirak danılmazdır. Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdıqdan sonra bu şəxs faktiki olaraq terrorizm çağırışları ilə yadda qalıb. Mülki sakinlərimizə qarşı terrorizm çağırışları etdiyi də unudulmayıb. Onun cinayət işi kifayət qədər çoxşaxəlidir. Təkcə Azərbaycan ərazilərində deyil, kənarda da ölkəmiz əleyhinə cinayətlər törətdiyini xüsusi vurğulamaq lazımdır. Bu baxımdan düşünürəm ki, onun cinayətləri müharibə cinayətlərinin birbaşa tərkib hissəsidir. Vardanyanın bu və ya digər cinayətləri ilə qanunlarımızla layiqli cəza alacağına heç bir şübhə etmirəm”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR