İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyanı verib 4 Xocalı qatilini alaq – ÇAĞIRIŞ

1668 18.02.2026 12:48 Kriminal A A

Bakı Hərbi Məhkəməsi Ruben Vardanyana 20 il azadlıqdan məhrumetmə cəzası kəsdi. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilirdi.

Vardanyan və digərlərinin məsələsi ermənilər tərəfindən tez-tez qaldırılır. Bəzi Avropa təsisatları da Azərbaycana çağırış edir. ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens Bakıda olarkən bu məsələni müzakirə edib. Prezident İlham Əliyevin isə mövqeyi Fransa telekanalına müsahibəsindən hər kəsə aydındır.

Ancaq belə fikirlər var ki, Vardanyan gələcəkdə Ermənistana ekstradisiya oluna bilər. Halbuki Azərbaycanın belə bir öhdəliyi yoxdur. Sadəcə, onun təhvil verilməsi qarşılığında 4 Xocalı qatili – Köçəryan, Sərkisyan, Ohanyan və Balasanyanın Azərbaycana göndərilməsi çağırışları səslənir.

Paşinyanla belə bir siyasi sövdələşmə utopik görünür, yoxsa mümkündür?

“Əvvəla onu qeyd edək ki, Ruben Vardanyan Bakı Hərbi Məhkəməsi tərəfindən Azərbaycan qanunları çərçivəsində məsuliyyətə cəlb olunub və ona sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və terrorçuluq maddələri əsasında 20 il azadlıqdan məhrumetmə cəzası verilib. Bu cəzanın verilməsi isə təsadüfi deyil. Çünki Vardanyanın törətdiyi əməllər təkcə hüquqi deyil, həm də humanitar baxımdan ağır nəticələr doğurub”.

Vüqar İskəndərov: Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir

Bunu Milli Məclisin üzvü Vüqar İskəndərov Musavat.com-a deyib.

Deputat bildirib ki, Ermənistan və bəzi beynəlxalq qurumlar Vardanyan və digər cinayətkarların ekstradisiya ilə bağlı məsələni mütəmadi gündəmə gətirsələr də, Azərbaycan öz qanuni çərçivəsində qərar verir və ekstradisiya ilə bağlı heç bir öhdəliyi yoxdur.

Millət vəkilinə görə, Vardanyanın təhvil verilməsi qarşılığında Xocalı faciəsinin baş canilərinin – Köçəryan, Sərkisyan, Ohanyan və Balasanyan Azərbaycana gətirilməsi təklifləri isə siyasi və hüquqi reallıqlara uyğun deyil:

“Lakin bu o demək deyil ki, onlar hər zaman azadlıqda gəzəcəklər. Hər kəs yaxşı bilməlidir ki, bu dörd Xocalı qatili onsuz da tezliklə Azərbaycanın ədalət mühakiməsi ilə üzləşəcək. Çünki Azərbaycan qətiyyətli siyasətini davam etdirir. Digər tərəfdən, Xocalı qatillərinin azadlıqda qalması gələcək Ermənistan üçün ciddi təhlükə təşkil edir. Ümumilikdə qeyd etməliyik ki, bütün məsələlər yalnız hüquqi prinsiplər çərçivəsində həll olunacaq, milli maraqlar isə hər zaman ön sırada saxlanılacaq”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR