Vaşinqton administrasiyası Vatikanın Qəzza Sülh Şurasının işində iştirak etməkdən imtinasından təəssüflənir.
Musavat.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt müntəzəm mətbuat brifinqində deyib:
"Biz bunu gördük. Düşünürəm ki, bu, çox təəssüf doğurur. Əlbəttə ki, administrasiya Sülh Şurasına dəvət olunmuş hər kəsin iştirak etməsini istəyir. Bu, onlarla ölkəni əhatə edən qanuni bir təşkilatdır. Və biz inanırıq ki, bu qərar təəssüf doğurur".
Levitt həmçinin bildirib ki, sülhün bərqərar olması və qorunması ilə bağlı məsələlər siyasiləşdirilməməlidir.
Müqəddəs Taxt-tacın qərarı əvvəllər Vatikanın dövlət katibi kardinal Pietro Parolin tərəfindən açıqlanıb.
Sülh Şurası haqqında danışarkən o, qeyd edib ki, "bəzi çaşdırıcı məqamlar, aydınlaşdırma tələb edən bəzi vacib məsələlər var". Yanvar ayında Parolin Papa Leo XIV-ün ABŞ-nin Yaxın Şərq sülh prosesinin bir hissəsi olaraq Qəzzanı idarə etmək üçün çağırdığı Sülh Şurasına dəvət olunduğunu açıqlayıb və "məsələnin nəzərdən keçirildiyini" bildirib.
Musavat.com






